“Gürcü baharı olacaq” – Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabivili İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri tənqid edib.

Dec 16, 2024 - 13:13
“Gürcü baharı olacaq” – Salome Zurabişvili

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zurabişvili “X” platformasında yazıb. 

“Preventiv saxlama: bundan sonra polis təxmini pozuntulara görə cinayət törədə biləcəyindən şübhələndiyi şəxsləri qabaqlayıcı şəkildə həbs edə bilər. Məhkəməyə gəlmək üçün saxlanma: Polis şəxslərin məhkəməyə gəlməsini təmin etmək üçün həbs edə bilər”, - deyə prezident nəzərə çatdırıb.

Bununla yanaşı, Salome Zurabişvili bəyan edib ki, ölkəni “gürcü baharı” gözləyir. 

“Bizim Gürcüstanda qeyri-adi rus qışı var, amma gürcü baharı olacaq”, - deyə Zurabişvili iddia edib.
 
Xatirə SADİQ