Yeni president Salome Zurabişviliyə istafaya getməyi tövsiyə etdi
“Gürcü Arzusu”nun qərarı ilə Gürcüstanın altıncı prezidenti olmuş Mixail Kavelişvili daha təmkinli olacağına söz verib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Kavelişvili “İmedi” televiziyasına müsahibəsində bildirib.
“Son illərdə mənim çıxışlarım ictimaiyyət üçün, yəqin ki, bir qədər kobud görünə bilərdi, lakin bütün bunlar hazırkı vəziyyət, mənim və komandamın qarşısında duran vəzifələrdən qaynaqlanırdı. Mən bəzi hallarda radikal və aqressiv olmuşam. Bütün bunlar ölkəmizin maraqlarına və milli maraqlarımıza xidmət edirdi. Bu səmimiyyət mənim üzvi vəziyyətimdir və mən onu həqiqətən dəyişə bilmərəm. Lakin mən ölkəmin maraqlarını müdafiə etməyə davam edəcəyəm, ancaq başqa formada”, - deyə Kavelişvili izah edib.
Bidzina İvanişviliyə və “Gürcü Arzusu” komandasına etimada görə təşəkkür edən Kaveleşvili bildirib ki, bir zamanlar yaşadığı İsveçrədə polisin etirazlar zamanı Gürcüstandakından qat-qat sərt davrandığını iddia edib.
O, mitinqlərdə xüsusi təyinatlıların və polisin hərəkətlərini dəstəklədiyini, dövləti müdafiə etdiklərini deyib. Dinc nümayişçilərin heç birinə qarşı bir zorakılıq hadisəsi baş vermədiyinə görə polisə təşəkkür edib.
Fərqli düşüncəli vətəndaşlarla danışmaq üçün üsulların tapılması barədə fikirlərini bölüşən Kavelaşvili qeyd edib ki, özü qaydalara hörmət edir və əsas rolunu ölkənin qaydalarla yaşamasında, prezidentin isə Konstitusiyaya əməl etməsində görür.
Ölkənin idarə olunmasına qarışmayacağını vurğulayan Kavelaşvili bildirib ki, bu, hökumətin və parlamentin səlahiyyətindədir. Ona görə də icra hakimiyyəti ilə münaqişə etməyəcəyinə zəmanət verir.
Kavelaşvili qeyd edib ki, hökumətin siyasətinə qarşı çıxırdığına görə Zurabişvili özü istefaya getməli idi. Çünki ölkə Konstitusiyası prezidentə Nazirlər Kabinetinə qarşı çıxmaq imkanı vermir.
O, əmin edib ki, ancaq dili və inancını qorumaq şərti ilə Avropa İttifaqına qarşı deyil.
Qeyd edək ki, “Gürcü Arzusu” partiyası ölkədə baş verən etirazlar və yeni parlament seçkilərinin keçirilməsi tələbləri fonunda Seçicilər Kollegiyası tərəfindən yeni prezidentin seçilməsi prosedurunu dekabrın 14-də həyata keçirib. Ali təhsili olmayan deputat Mixail Kavelaşvili yeganə namizəd olduğu seçkilərdə qalib gəlib.
İndiki prezident Salome Zurabişvili və müxalifət onun prezidentliyini tanımaqdan imtina ediblər.
Xatirə SADİQ