“Öncə sülh” – Kaya Kallas
“Avropa İttifaqının (Aİ) Ukraynadakı sülhməramlıları haqqında danışmaqdan əvvəl sülh əldə edilməlidir, Rusiya isə buna köklənməyib”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Aİ ölkələri üzrə xarici işlər nazirlərinin toplantısından öncə Kallas media mənsublarına Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrovun amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəni xatırladıb. Onun sözlərinə görə, bu müesahibədən görünür ki, Rusiya öz məqsədlərindən imtina etmir.
“Sülhməramlılar göndərməkdən əvvəl sülh lazımdır. Lakin Rusiya bunu istəmir. Bu dəqiq məlumdur. Biz bunu müzakirə edə bilmərik”, - deyə Aİ komissarı vurğulayıb.
Xatirə SADİQ