Gürcüstan müxalifəti prokurorluqla əməkdaşlıqdan imtina etdi

Gürcüstan prezidenti Salome Zurabişvilinin ardınca “Birlik-Milli Hərəkat”ın sədri Tina Bokuçava da ölkə prokurorluğu ilə əməkdaşlıqdan imtina etdiyini bildirib.

Oct 31, 2024 - 15:20
Gürcüstan müxalifəti prokurorluqla əməkdaşlıqdan imtina etdi

SAVASHMEDİA.az gürcü mediasına istinadən xəbər verir ki, Bokuçava bunu KİV nümayəndələrinin sualına cavab verərkən deyib. 

“Mən İvanişvilinin cib prokurorluğuna və özünə əvvəlcədən demək istəyirəm: mən onun cib prokurorluğu ilə hər hansı əməkdaşlıq planlaşdırmıram”, - deyə Bokuşava vurğulayıb.

Onun sözlərinə görə, ölkə prokurorluğu parlament seçkilərində Rusiyanın gürcü xalqına qarşı xüsusi əməliyyatına şərikdir, onun vasitəsilə xalqdan seçkilər və Avropanın gələcəyi oğurlanıb.

Bokuşava qeyd edib ki, digər siyasi liderlərin də bu məsələyə eyni reaksiya verəcəyinə əmindir.  

Xatirə SADİQ