Gürcüstan prezidenti Baş Prokurorluğa getmədi - "Öz işinizlə məşğul olun" + VİDEO
Gürcüstan prezidenti Salome Zurabişvili dindirilmək üçün çağırıldığı Baş Prokurolquğa getməyib.
SAVASHMEDİA.az xatırladır ki, onun dəvəti Gürcüstanda 26 oktyabr tarixində keçirilmiş parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi iddialarla bağlı olub.
Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərin saxtalaşdırılması ilə bağlı görüntülərin olduğunu, bütün tərəflərin bu görüntüləri paylaşdığını və əlavə izaha ehtiyac olmadığını deyib.
“Görünür Baş Prokurorluq dəlilləri məndən gözləyir. Təhqiqat orqanının birbaşa vəzifəsidir ki, dəlilləri özü tapsın. İstənilən normal ölkədə bu belə baş verir və mən təhqiqat orqanının seçkilərlə bağlı prezidentdən dəlil istəməsinə dair başqa nümunə bilmirəm”, - Zurabişvili deyib.
Prezident sonda Baş Prokurorluğa öz işi ilə məşğul olmalarını tövsiyə edib.