Gürcüstanda ümummilli tətil elan edildi
Gürcüstanda vətəndaşlar yeni seçkilərin keçirilməsi və saxlanılan etirazçıların azadlığa buraxılması tələbi ilə tətil edəcəklər.
SAVASHMEDİA.az gürcü mənbələrinə istinadla xəbər verir ki, bütün Gürcüstan vətəndaşları yanvarın 15-də ümummilli tətilə dəvət edilib.
“3 saat qapını müvəqqəti bağlayacağıq. Tətilimizlə təcrid olunmuş vəziyyətdə bizi nələrin gözlədiyini göstərəcəyik: dayanmış iqtisadiyyat - qapalı biznes; yoxsulluq və işsizlik. Həm təhlükə, həm də həll yolu hamı üçün ortaqdır - yeni seçkilər və məhbusların azad edilməsi. Buna görə də harada işləməyinizdən asılı olmayaraq, istər biznes sahibi, istər menecer, istərsə də işçi olun, hamızını tətilə dəvət edirik” - bəyanatda deyilir.
Oğuz