Gürcüstanın sabiq prezidenti ukraynalı deputata təşəkkür etdi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gürcü xalqını və müxalifəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) əldə edilən uğur münasibətilə təbrik edib.
SAVASHMEDIA.az gürcü KİV-nə istinadən xəbəbr verir ki, Mixail Saakaşvili bu barədə “Facebook” sosial şəbəkəsində bəyanat yayıb.
Saakaşvili qeyd edib ki, Gürcüstanın AŞPA-dan çıxması diktaturanın beynəlxalq səviyyədə rəsmən tanınması deməkdir.
Eks-prezident buna görə müxalifətin nümayəndə heyətinin üzvləri olan Tina Bokuçavaya, Zurab Çiaberaşviliyə, Zurab Caparidzeyə, Giorgi Vaşadzeyə, Salome Samadaşviliyə və Marik Mikiaşviliyə təşəkkür edib.
“Litva nümayəndə heyətinə, Emmanuel Zingerisə, o cümlədən Ukrayna nümayəndə heyətinə və Oleksiy Qonçarenkoya mənə, Mzia Amaqlobeliyə və bütün siyasi məhbuslara göstərdikləri fəal dəstəyə görə böyük minnətdarlığımı bildirirəm”, - deyə Gürücstanın 3-cü prezidenti əlavə edib.
Xatirə SADİQ