Hakan Fidan Hataya düşən raketə görə Əraqçıya ZƏNG ETDİ
Hatayda raket parçalarının düşdüyü hadisədən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarına zəng edib.
SAVASHMEDİA.az xəbər verir ki, məlumata görə, Hakan Fidan Türkiyə hava məkanında zərərsizləşdirilmiş ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını İranın xarici işlər naziri Abbas Əraqçiyə çatdırıb.
Türkiyəli diplomat münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin lazım olduğunu bildirib.
Qeyd edək ki, İrandan atılan raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.
Oğuz