Hakim partiya müxalifətin mandatları ilə bağlı hələ qərar verməyib – Gürcüstanın baş naziri

“Gürcü arzusu” partiyası parlamentə müvafiq ərizələr təqdim etmiş müxalifətçilərin mandatlarından məhrum edilib-edilməyəcəyi ilə bağlı hələ qərar verməyib.

Nov 28, 2024 - 12:54
Hakim partiya müxalifətin mandatları ilə bağlı hələ qərar verməyib – Gürcüstanın baş naziri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

“Biz bu məsələni hələ müzakirə etməmişik. 20 müraciət daxil olub, həmçinin yeni ərizələrin qəbulu elan olunub. Biz gözləyəcəyik. Bizim müəyyən vaxtımız var ki, bu məsələyə iki həftə ərzində baxaq. Bundan əvvəl, təbii ki, müvafiq qərar veriləcək. Parlamentdə müxalifət olacaq, ya yox, bunun tamamilə eyni, sıfır dəyəri var”, - deyə baş nazir iddia edib. Xatirinizdədirsə, parlamentin ötən çağırışında müxalifət qanunverici orqana daxil olsa da, bu, dövlət institutlarının legitimsizləşdirilməsi və qütbləşməni artırmaq cəhdlərini dayandıra bilmədi. Onlar həm küçədən, həm də iclas otağından oxşər şəkildə istifadə edirdilər”, - deyə Kobaxidze iddia edib.

Qeyd edək ki, bundan əvvəl “Dəyişiklik uğrunda Koalisiya”nın üzvləri və “Vahid Milli Hərəkat”ın lideri Giorgi Vaşadze mandatlarından imtina ediblər. Bu məsələ ilə bağlı yekun qərarı “Gürcü arzusu”ndan olan deputatlar plenar iclasda verməlidir. 

Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyasının nümayəndələri indiyədək mandatlarından imtina etməyiblər, lakin onlar da parlamentin işində iştirak etmirlər.

Xatirə SADİQ