"Hansısa şərəfsiz paylaşıb, dostlarım da..." - Elməddin ƏSƏBİLƏŞDİ
Sosial şəbəkələrdə tanınmış aktyor Elməddin Cəfərov barədə ölüm xəbəri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində sənətçinin fotosundan istifadə edilərək onun guya vəfat etməsi ilə bağlı saxta paylaşım edilib.
Məsələ ilə bağlı açıqlama verən aktyor yayılan məlumatın əsassız olduğunu bildirib və bu cür paylaşımları sərt şəkildə tənqid edib:
“Hansısa şərəfsiz paylaşıb. Nə etmək olar? Layk və şərhə görə edirlər. Mən özüm də bundan xəbərdaram. Bir az əvvəl dostlarım göndərmişdi. Düzgün deyil. Reytinq üçün belə şeylər etməyə gərək yoxdur”.
Aytən