Harris Trampı ittiham etdi - “Dar, tamahkar baxış…”

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris amerikalıları ABŞ prezidenti Donald Trampa və müasir prezidentlik tarixində insan tərəfindən törədilən ən böyük iqtisadi böhrana qarşı birləşməyə çağırıb.

May 1, 2025 - 15:37
Harris Trampı ittiham etdi - “Dar, tamahkar baxış…”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

“Emerge America” tərəfindən San-Fransiskonun körfəz rayonunda təşkil edilən tədbirdə çıxış edən Harris indiki prezidentin 100-cü günündən də danışıb. 

Harris bildirib ki, Trampın iqtisadi siyasətinin əlamətdar xüsusiyyətinə çevrilən tariflər açıq şəkildə tənəzzül yaradır. O, Trampın siyasətinin zənginlərə əlverişli olduğunu söyləyib və "dar, tamahkar baxış” kimi səciyyələndirib. Onun fikrincə, bu siyasət vasitəsilə həqiqəti danışanlar cəzalandırılır, loyallara üstünlük verilir, hakimiyyətdən faydalanılır və hər kəs taleyin hökmünə buraxılır.
 
Agentlik qeyd edir ki, “Emerge America” demokratik qadınların hökumətə seçilməsi üçün çalışır. Əgər Harris namizədliyini irəli sürərsə, gələn il Kaliforniya qubernatorluğuna güclü namizəd ola bilər.

“Reuters” hesab edir ki, Harris həmçinin yenidən prezidentliyə namizəd ola bilər. 

Xatirə SADİQ