"Heç Nikol da Bakıdakı separatçıların azad olunmasını istəmir”

“ABŞ, Fransa və Niderlandın qanunvericiləri ermənidən çox erməni olmağa çalışırlar”.

Oct 13, 2024 - 16:20
"Heç Nikol da Bakıdakı separatçıların azad olunmasını istəmir”

SAVASHMEDİA.az xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ mövzusunu ölkəsi üçün bitirməyə çalışsa da, bəzi qüvvələr israrla buna qarşı çıxır:

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq və dəhlizlərin işə düşməsini istəyir. Paşinyanı Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır və o, Qarabağ mövzusunun ölkəsi üçün bitdiyi qənaətindədir. Dərinə getsək, həbsxanadakı separatçıların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir, çünki onlar azadlığa çıxarlarsa, onun rəqiblərinə qoşulacaq və Ermənistan hökuməti üçün təhlükə yaradacaqlar. Paşinyan açıqlamalarının heç birində ermənilərin Qarabağa qaydışından da danışmayıb, mövcud reallıqla barışıb”.

O, Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına mane olan kənar güclərin son fəaliyyətindən bəhs edib: 

“Nikol Paşinyan erməni cəmiyyətinə Qarabağa aid nə varsa unutmağı təlqin edərkən, ABŞ, Fransa və Niderland qanunvericiləri separatçıların azad edilməsi, Qarabağda “erməni mədəni isrsinin qorunması”, ermənilərin Qarabağa qayıdışı məsələlərini qaldırmaqla Ermənistana  ayı xidməti göstərirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra iki dövlət arasında münasibətlər nizamlanmağa başlanacaq və erməni lobbisi ilə birgə hərəkət edənlərin xidmətinin Ermənistana ancaq zərəri olacaq. Biz isə çalışmalıyıq ki, ABŞ, Fransa və Niderlandın sıraları genişlənməsin, başqa dövlətlərin qanunvericiləri erməni lobbisinin təsiri altına düşməsinlər”.

Oğuz