Rusiyaya qarşı sərt sanksiyalar - Putin bunlardan məhrum olacaq

Rusiyanın Ukraynaya qarşı gücləndirdiyi hücumlara cavab olaraq Avropa son üç ildə ən sərt sanksiyalar paketini hazırlayır.

Jul 8, 2025 - 12:31
Rusiyaya qarşı sərt sanksiyalar - Putin bunlardan məhrum olacaq

SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro TF1 telekanalına açıqlamasında bildirib. 

Barronun sözlərinə görə, Kremlin başçısı Vladimir Putin nəinki atəşkəs təklifi ilə razılaşmadı, həm də Rusiya Ukraynaya zərbələrini beş dəfə artırdı.

“Bu, artıq belə davam edə bilməz. Dayandırılmalıdır. Buna nail olmaq üçün amerikalı senatorların səyləri ilə koordinasiyalı şəkildə Avropa Fransanın təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını qəbul etməyə hazırlaşır. Bu da Vladimir Putini müharibəni davam etdirməyə imkan verən resurslardan birbaşa məhrum edəcək”, - fransalı nazir bildirib.

O əlavə edib ki, Rusiya artıq cəbhədə irəliləyə bilmir və Putin indi yaşayış məntəqələrinə raketlər və pilotsuz təyyarələr vurmaqla kifayətlənir, amma bu mülki əhali arasında böyük itkilərə gətirib çıxarır.

“Ona görə də bütün bunlar dayandırılmalıdır. Bunun üçün bizə təkcə neft gəlirlərinə deyil, həm də Rusiya maliyyə oyunçularına və digər ölkələrdəki maliyyə oyunçularına qarşı yönələn sanksiyalar lazımdır”, - deyə fransalı nazir əlavə edib.

Xatirə SADİQ