"Hər qoldan sonra məndən üzr istəyirdi" - "Araz-Naxçıvan"ın qapıçısı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Norveçə 1:11 hesabı ilə uduzan Moldova millisinin və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram maraqlı açıqlama verib.

Sep 10, 2025 - 23:26
"Hər qoldan sonra məndən üzr istəyirdi" - "Araz-Naxçıvan"ın qapıçısı

SAVASHMEDİA.az xəbər verir ki, 31 yaşlı qapıçı "Mançester Siti"nin ulduzu Erlinq Haalandın hər qoldan sonra ona nə söylədiyini deyib: 

"Dedi ki, bu, mənim günahım deyil. Hər qoldan sonra yanıma qaçıb, üzr istəyirdi. Mənə dedi ki, onlar qol fərqinə görə davam etməlidirlər".

Moldovalı qapıçı nəticənin acı olduğunu etiraf etsə də, Haalandın sözlərinin böyükhesablı məğlubiyyəti həzm etməyə kömək etdiyini söyləyib.

"Top fərqini yaxşılaşdırmaq üçün qol vurmağa davam etməliydi. Onu başa düşürəm. Bu, oyunun bir hissəsidir. O, sona qədər mübarizə aparmaq istəyirdi. Nə vaxtsa 11 qol buraxmışdım? Əlbəttə, ilk dəfədir (gülür). Özümü necə hiss edirəm? Güclü qalmaq lazımdır. Bir neçə gündən sonra yeni oyunum var. Amma 11 qol – bu, həqiqətən çoxdur".

Aytən