Hökümənin təyyarədən 49 saniyəlik yeni VİDEOSU yayıldı
Kadrlar 5 il əvvəl bir sərnişin tərəfindən çəkilib.
AZAL-ın qəzaya düşən təyyarəsinin uçuş heyətinin həlak olan üzvü, stüardessa Hökümə Əliyevanın təyyarədən çəkilmiş yeni görüntüləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, "Hər şey yaxşı olacaq" cümləsi ilə tarixə düşən Hökumənin olduğu kadrlar 5 il əvvəl bir sərnişin tərəfindən çəkilib.
Həmin kadrları təqdim edirik:
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. Həyatını itirən 3 ekipaj üzvündən biri də Hökumə olub.