İki gündə 4 müxalifət lideri azadlıqdan məhrum edildi - Gürcüstanda

Tbilisi şəhər məhkəməsi müxalifətdə olan “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadzeni 7 ay müddətinə həbs edib. 

Jun 24, 2025 - 14:02
İki gündə 4 müxalifət lideri azadlıqdan məhrum edildi - Gürcüstanda

SAVASHMEDİA.az bu barədə “Exo Kavkaza” nəşrinə istinadən xəbər verir. 

İttihama səbəb onun parlamentin istintaq komissiyasına gəlməməsi olub. Vaşadzeyə  iki il dövlət vəzifəsində işləmək qadağan edilib.

Hökmün elan edilməsində iştirak etməyən Vaşadze partiya ofisində həbs olunub. 

Bundan bir gün əvvəl üç müxalifət lideri – Mamuka Xazaradze, Badri Caparidze və Zurab Caparidze analoji işlərə görə həbs cəzasına məhkum edilib.

Müxalifət hökmlərin siyasi xarakter daşıdığını bəyan edib. Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili deyib ki, hakim “Gürcü arzusu” partiyası “paranoidal vəziyyətdədir”. 

Müxalifət liderlərinə verilən hökmlər bəzi Qərb siyasətçiləri tərəfindən pislənib.

Xatirə SADİQ