“İkinci Dünya müharibəsinin səhvlərini təkrarlamayın” - Andriy Sibiqa

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa faşist Almaniyasının Polşaya təcavüzünü və II Dünya müharibəsinin başlanmasını xatırladaraq Rusiya-Ukrayna müharibəsində eyni səhvi təkrarlamamağa çağırıb.

Sep 1, 2025 - 15:07
“İkinci Dünya müharibəsinin səhvlərini təkrarlamayın” - Andriy Sibiqa

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna xarici siyasətinin rəhbəri X sosial şəbəkəsində yazıb.

“1939-cu ilin bu günü Hitler Polşaya hücum etdi, Stalin tezliklə ona qoşuldu və bu, tarixin ən qanlı müharibəsi olan II Dünya Müharibəsinin başlanğıcının əsasını qoydu. İndi o gündən əvvəl baş verənləri xatırlamaq son dərəcə vacibdir: zəiflik və ərazi güzəştlərinin təcavüzkarı “razı salacağına” dair sadəlövh inam”, - deyə ukraynalı nazir xatırladıb.

O, xatırladıb ki, İkinci Dünya müharibəsinin fəlakətinə görə tam məsuliyyət nasist Üçüncü Reyxin üzərinə düşür. Amma Şərin güclənməsinə çətin qərarlardan qaçmaqla, gücdənsə zəifliyi seçməklə və real strategiyadan daha çox arzulananı üstün tutmaqla imkan verənlər də vardı.

Sibiqa qeyd edib ki, İkinci Dünya müharibəsində həlak olan on milyonlarla insanın xatirəsini yad etməyin ən yaxşı yolu eyni səhvlərin bu gün təkrarlanmasının qarşısını almaqdır.

“Müttəfiqlərin birliyi, təcavüzkar Rusiyaya təzyiq və Ukraynanın güclənməsi bütün Avropa üçün təhlükəsizlik və uzunmüddətli sülh üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə Ukrayna xarici işlər naziri xəbərdarlıq edib. 

Xatirə SADİQ