"Siz torpaqlarınızı verdiniz, sülh oldumu?" - Ukraynadan bu ölkənin prezidentinə sərt cavab 

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Slovakiya prezidenti Peter Pelleqrininin açıqlamasına sərt münasibət bildirib. 

Dec 16, 2024 - 18:06
"Siz torpaqlarınızı verdiniz, sülh oldumu?" - Ukraynadan bu ölkənin prezidentinə sərt cavab 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, XİN sözçüsü Georgi Tixi Slovakiya prezidentinə vətəninin işğalda olan dövrünü xatırladıb. 

“Slovakiya torpaqlarının sonuncu dəfə sülh naminə təcavüzkara verilməsinin sonu yaxşı olmadı və nə slovaklara, nə də digər xalqlara sülh gətirmədi”, -deyə o, vurğulayıb. 

Bundan öncə Pelleqrini deyib ki, Moskva və Kiyev danışıqlar masası arxasına oturmalı, Ukrayna isə sülhə nail olmaq üçün ərazi güzəştlərinə getməli olacaq. 

Onun sözlərinə görə, ağıllı insanlar arasında heç kim Ukrayna üçün qismən ərazi itkisi olmadan sülhün əldə olunacağına inanmır.

Xatirə SADİQ