İlbər Ortaylı qəzaya düşdü, sürücülər əlbəyaxa oldu - FOTO

Türkiyənin məşhur professoru, tarixçisi İlbər Ortaylı qəzaya düşüb.

Jul 22, 2025 - 17:43
Jul 22, 2025 - 17:47
İlbər Ortaylı qəzaya düşdü, sürücülər əlbəyaxa oldu - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Balıkesirin Burhaniyə rayonunda baş verib.

İlber Ortaylının içində olduğu avtomobil başqa bir avtomobillə toqquşub. Qəza nəticəsində Ortaylı da daxil heç bir yaralanan  olmayıb. 

Tarixçinin avtomobilinə yüngül zərər dəyib. 

Lakin sonra professorun sürücüsü ilə digər avtomobilin sürücüsü arasında gərginlik yaşanıb.

Maşından enən İlbər Ortaylı tərəfləri ayıraraq, gərginliyin aradan qaldırılmasına nail olub.

Banu

İlbər Ortaylı qəza anında