Sumqayıtda oğul atasını daşla vurdu - Xəstəxanda öldü

Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.

Jul 22, 2025 - 18:50
Sumqayıtda oğul atasını daşla vurdu - Xəstəxanda öldü

SAVASHMEDİA.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində qeydə alınıb.

Küçədə döyülərək başından ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

İlkin məlumata görə, A. Bağırov küçədə oğlu tərəfindən döyülüb, daşla başına vurulub.

Fakt araşdırılır.