Bu şorba zəhər imiş... – Səbəb olduğu xəstəliklər

Vaxt məhdudiyyəti və ya tənbəllikdən bəzilərimiz evdə şorba hazırlamaq əvəzinə, hazır şorbalar almağa üstünlük veririk. Lakin hazır şorbaların ziyanından çoxumuzun xəbəri yoxdur.

Mar 27, 2025 - 17:08
Bu şorba zəhər imiş... – Səbəb olduğu xəstəliklər

SAVASHMEDİA.az bu dəfə oxucuları üçün hazır şorbaların zərərlərini araşdırıb.

Çin duzu

Hazır şorbalar praktik olsa da, tərkibindəki qatqı maddələri və yüksək natrium tərkibi ilə sağlamlığı təhdid edir. Bu şorbaların tərkibində olan, zərərinə görə zəhər olaraq da adlandırılan Monosodium qlutamat (MSG) və ya Çin duzu asılılıq yaradan təsiri ilə tanınır. Qan təzyiqini yüksəldir, hipertoniya yaradır. Uzun müddət istehlak etdikdə ürək xəstəliyi və böyrək problemlərinə səbəb olur.

Yüksək miqdarda natrium

Hazır şorbaların tərkibindəki yüksək miqdarda natrium qan təzyiqi və ürək ritminə mənfi təsir göstərir.

Vitamin və mineral azlığı

Evdə hazırlanan şorbalarla müqayisədə hazır şorbaların tərkibində vitamin və minerallar çox azdır.Bu da immunitet sisteminin zəifləməsinə və bədən müqavimətinin düşməsinə səbəb olur.

Allergik reaksiyalar

Son istifadə müddətini artırmaq üçün hazır şorbaların tərkibinə qatılan kimyəvi əlavələr allergik reaksiyalar yaradır.

Trans yağlar

Ürəyə zərər verən trans yağlar bu şorbaların əsasını təşkil edir. Bu yağlar pis xolesterolu artıraraq yaxşı xolesterolu məhv edir. Kalorisi çox olan hazır şorbalar zülal baxımından da kasaddır.

Kökəldir

Hazır şorbalar tərkibindəki qatqı maddələrinə, trans yağlara görə kökəlməyə zəmin hazırlayır.

Banu