İmamoğlunun vəkili saxlanıldı
İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Məlumata görə, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Mehmet Pehlivan barəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılma qərarı verilib. Daha sonra Pehlivan polis tərəfindən evində nəzarət altına alınıb.