“İmzası tamamilə dəyərsiz və etibarsızdır” - Xamenei Trampa
İranın Ali Lideri Müctəba Xamenei ABŞ Prezidenti Donald Trampı tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
ABŞ-ni İranla əldə olunmuş razılaşmaları pozmaqda ittiham edən Müctəba Xamenei bildirib ki, Donald Trampın imzası tamamilə dəyərsiz və etibarsızdır.
Xameneinin sözlərinə görə, Vaşinqton verdiyi öhdəliklərə əməl etməyib və buna görə də ABŞ ilə bağlanan razılaşmalara etibar etmək mümkün deyil.
Bu açıqlama İran və ABŞ arasında son günlər yenidən artan gərginlik fonunda səsləndirilib. Tərəflər bir-birini əvvəlki razılaşmaları pozmaqda və öhdəlikləri yerinə yetirməməkdə ittiham edir.
Səlcuq