İrakli Kobaxidze AŞPA deputatlarına sataşdı - “Absurd içindəsiniz”

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 51 deputatının bəyanatına münasibət bildirib. 

Aug 21, 2025 - 16:56
Aug 21, 2025 - 17:06
İrakli Kobaxidze AŞPA deputatlarına sataşdı - “Absurd içindəsiniz”

SAVASHMEDİA.az bu barədə gürcü KİV-nə istinadən xəbər verir. 

Kobaxidzenin sözlərinə görə, Avropa bürokratiyası və avropalı siyasətçilər absurd vəziyyətə düşüblər. 

“Biz artıq öz qərarımızla AŞPA-nın fəaliyyətində iştirakımızı dayandırmışıq. Belə  şəraitdə Avropa bürokratiyasının necə çətin vəziyyətdə olduğunu özünüz də görürsünüz. Onlar bizim öz əlimizlə artıq dayandırdığımız statusun dayandırılmasını tələb edirlər. Təəssüf ki, Avropa bürokratiyası tamamilə absurd vəziyyətindədir və absurd içində müvafiq siyasətçilər yerləşirlər”, - deyə baş nazir vurğulayıb.

Xatirə SADİQ