İran millisi "Turan Tovuz"la bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama oyununa çıxıb.

Jul 17, 2026 - 20:43
İran millisi "Turan Tovuz"la bacarmadı

SAVASHMEDİA.az xəbər verir ki, Tovuz təmsilçisi İranın 21 yaşadək futbolçulardan ibarət yığması ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Turan Tovuz”un yeganə qolunu Sadiq Şəfiyev vurub.

Qeyd edək ki, yay təlim-məşq toplanışına iyulun 4-də başlayan “Turan Tovuz”ilk mərhələni Ankaranın Qızılcahamam bölgəsində, ikinci mərhələni isə Boluda keçirir. Baş məşqçi Kurban Berdıyevin komandası Türkiyə toplanışı çərçivəsində ümumilikdə 4 yoxlama oyunu keçirəcək.