"İşdən çıxandan sonra quduzlaşmışdı" - Mağazada döyülən qadın DANIŞDI + VİDEO
Bakıda zoomağazada qadına hücum edən Zamiq Xəlilov barəsində cinayət işi başlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Sevil Manafova hadisənin təfərrüatlarını danışaraq bildirib ki, Zamiq Xəlilov daha əvvəl aqressiv davranışlarına görə işdən azad edilib.
“Aqressiv davranışlarına görə ötən ayın 25-də onu işdən azad etdilər. İşdən çıxandan sonra daha da quduzlaşmışdı. İyulun 17-də pişik yemi almaq üçün bir xanımla mağazaya girdim. Gördüm ki, qapıda dayanıb var-gəl edir. Qorxdum, mağazada gözlədim. Sonra qəfil içəri daxil oldu, söyüş söyməyə başladı. Dedim ki, söyüşlərinə görə polisə zəng edəcəyəm. Telefonumu götürəndə mənə hücum çəkdi”, - deyə Manafova bildirib.
O əlavə edib ki, hadisədən sonra səhhətində problemlər yaranıb:
“İyulun 17-dən bu yana həkimlərdəyəm. Bütün əsəblərim pozulub, qabırğalarım əzilib. Bu insan demişdi ki, səni doğrayacağam”.
Faktla bağlı araşdırma davam edir.