Jurnalist Fəridə Qurbanqaleyeva 8 il iş aldı – Rusiyada

Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi hazırda xaricdə yaşayan jurnalist Fəridə Qurbanqaleyevanı terrorizmə çağırışlar və Rusiya ordusu haqqında “saxta xəbərlərə” görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. 

Jul 18, 2025 - 15:43
Jurnalist Fəridə Qurbanqaleyeva 8 il iş aldı – Rusiyada

SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”na istinadla xəbər verir.

Fəridə Qurbanqaleyevaya cəzasını çəkdikdən sonra dörd il ərzində internet saytlarını idarə etmək qadağan edilib.

Bu iş üzrə ikinci təqsirləndirilən şəxs, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən “Rusiya Azadlığı” legionunun könüllüsü Aleksey Baranovski də qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib.

Terrorçuluğa bəraət qazandıran maddə ilə işin başlanmasına səbəb Qurbanqaleyevanın öz YouTube kanalında Baranovski ilə yayımladığı müsahibə olub.

İş materiallarında deyilir ki, Qurbanqaleyeva “Rusiya Federasiyasında terrorçu kimi tanınan təşkilatların fəaliyyətini düzgün hesab edir”. “Feyklər” haqqında maddə onun “Praqa şəhəri” Telegram kanalındakı yazılarına görə əlavə edilib.

Rusiya Ədliyyə Nazirliyi 2024-cü ildə Qurbanqaleyevanı “xarici agent” elan edib. Onun adı həmçinin “terrorçular və ekstremistlər” reyestrinə salınıb və ötən ilin iyununda Kurbanqaleyeva beynəlxalq axtarışa verilib. Bu ilin mayında Praqa Şəhər Məhkəməsi Rusiya prokurorluğunun onun Rusiyaya ekstradisiyası ilə bağlı müraciətini rədd edib.

Qurbanqaleeva karyerasına Kazanda başlayıb: 1998–2007-ci illərdə Tatarıstan Dövlət Televiziya və Radio Yayımları Şirkətində işləyib. 2007-ci ildə “Rossiya-1” telekanalında “Vesti” proqramının aparıcısı olub. 

Rusiya 2014-cü ildə Krımın ilhaq edəndən və Donbassda müharibəyə başlayandan sonra o, “Rossiya-1” telekanalını tərk edib. 2018–2021-ci illərdə Qurbangaleeva “Current Time” telekanalında xəbər efirini aparıb.

Xatirə SADİQ