"İsrail panikaya düşüb, ABŞ ilə narazılıq var" - İran müharibəsi uduzulub?

“İsraildə ABŞ-nin gücü ilə bağlı “sehrli qüvvə” mifi dağılıb”.

Mar 10, 2026 - 16:48
"İsrail panikaya düşüb, ABŞ ilə narazılıq var" - İran müharibəsi uduzulub?

SAVASHMEDİA.az xəbər verir ki, bunu İrlandiyalı iqtisadçı Filip Pilkinqton bildirib.

Pilkinqton iddia edib ki, İsrail rəsmiləri hazırda panikaya düşüblər:

“Əvvəl İsrail Amerika ordusunun gücü barədə "sehrli" bir təsəvvürə malik idi. Lakin indi bu təsəvvür yoxa çıxıb. İsrail başa düşüb ki, ABŞ İrana qarşı müharibəni uzun müddət davam etdirə bilməz. İsrail artıq onu da anlayır ki, mövcud status-kvo ölkə ərazisinə davamlı dron və raket zərbələrindən başqa bir şey deyil”.

Qeyd edək ki, martın 8-də İsrailə məxsus “12-ci kanal” ABŞ-nin adını açıqlamadığı yüksəkvəzifəli rəsmisinə istinadən Vaşinqtonla rəsmi Təl-Əviv arasında gərginlik yarandığı bildirib. Məlumata görə, buna səbəb Təl-Əvivin İranın neft-qaz infrastrukturuna endirdiyi zərbələrdir.

ABŞ mətbuatı isə senator Lindsi Qremin İsrail rəhbərliyini İranın yanacaq infrastrukturuna zərər verməməyə çağırdığını yazıb. Qrem bildirib ki, bu təbii sərvətlər rejim dəyişikliyindən sonra İran xalqının rifahı üçün lazım olacaq.

Xatırladaq ki, İran rəsmiləri ABŞ-nin ölkəyə hücumunu İranın təbii sərvətlərini ələ keçirmək niyəti ilə əlaqələndirib.

Banu