"Tramp boş sözlər danışır" - Laricani
“ABŞ Prezidenti Donald Trampın İrana hücumları 20 dəfə artırmaqla bağlı təhdidləri mənasızdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.
Əli Laricani Donald Trampı tənqid edərək onun boş danışdığını deyib:
"Qəhrəman İran xalqı sizin boş təhdidlərinizdən qorxmur. Sizdən də böyük insanlar İran millətini tarixdən silməyi bacarmayıblar”.
Xatırladaq ki, Donald Tramp İrana qarşı zərbələrin gücünü 20 dəfə artıracaqlarını bildirib. O qeyd edib ki, Tehran Hörmüz boğazından neft tədarükünə müdaxilə edərsə, Vaşinqton bu cür tədbirlər görəcək .
Banu