İsrail və ABŞ təhlükəsizliklərini birgə təmin edəcəklər - Netanyahu 

İsrail və Amerika Birləşmiş Ştatları (ABŞ) öz ölkələrini müdafiə etmək üçün birgə işləməyə davam edəcəklər.

Sep 15, 2025 - 15:51
İsrail və ABŞ təhlükəsizliklərini birgə təmin edəcəklər - Netanyahu 

SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında bildirib. 

“Rubionun səfəri Amerikanın terror qarşısında İsrailin yanında olduğuna dair açıq siqnaldır”, - deyə Netanyahu vurğulayıb.

Rubionun İsrailə səfəri Vaşinqtonun digər Yaxın Şərq müttəfiqləri ilə münasibətlərinin gərginləşdiyi bir vaxta təsadüf edir. Buna səbəb İsrailin Qətərdə HƏMAS liderlərinə son zərbəsi və İordan çayının qərb sahilində İsrail yaşayış məskənlərinin genişləndirilməsi olub. 

Fələstinin Həmas qruplaşması ABŞ, Avropa İttifaqı və İsrail tərəfindən terror təşkilatı kimi tanınır.

Xatirə SADİQ