İqbal Ağazadənin adından pul istədilər - Ləman Ələşrəfqızının 600 manatını oğurladılar

Tanınmış jurnalist Ləman Ələşrəfqızı kiber-dələduzluğun qurbanı olub.

Jul 1, 2026 - 22:11
Jul 1, 2026 - 22:25
İqbal Ağazadənin adından pul istədilər - Ləman Ələşrəfqızının 600 manatını oğurladılar

SAVASHMEDİA.az xəbər verir ki, naməlum şəxslər "Ümid" Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin "Teleqram" hesabını ələ keçirərək onun adından mesaj yazıblar. 

"Xəstəxanadayam, kartımda pul yoxdur" bəhanəsi ilə əvvəlcə 300 manat istəyiblər, daha sonra dələduzlar əlavə vəsait tələb edərək məbləği 600 manata çatdırıblar.

Fotoda: Ləman Ələşrəfqızı

Üçüncü dəfə əlavə 340 manat tələb olunanda şübhələnən Ləman Ələşrəfqızı İqbal Ağazadə ilə əlaqə saxlayıb və "Teleqram" hesabının oğurlandığını öyrənib.

Jurnalist bildirib ki, dələduz İqbal Ağazadənin yazışma üslubunu peşəkar şəkildə təqlid edib.

Oğuz