İsraili təhqir etdi, sonra sildi, amma Netanyahu görmüşdü - Müsəlman nazir nə yazıb?

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif İsraili təhqir edib.

Apr 10, 2026 - 16:13
İsraili təhqir etdi, sonra sildi, amma Netanyahu görmüşdü - Müsəlman nazir nə yazıb?

SAVASHMEDİA.az xəbər verir ki, Pakistan rəsmisi  “X” hesabında İsraili “xərçəng şişi”, “bəşəriyyətin lənəti” adlandırıb.

“İslabadda sülh danışıqları getdiyi halda, İsrail Livanda soyqırımı törədir. Günahsız insanlar İsrail tərəfindən öldürülür. Əvvəl Qəzza, sonra İran və indi Livan, qan tökülməsi fasiləsiz davam edir” – nazir qeyd edib.

Xavaca Məhəmməd Asif daha sonra paylaşımını silib.

İsrailin Baş naziri Benjamin Netanyahunun ofisi səsləndirilən fikirlərin “qəzəbləndirici” olduğunu bəyan edib. Bildirilib ki, bu cür açıqlamalar heç bir hökumət tərəfindən qəbul edilə bilməz. Özünü sülh naminə neytral vasitəçi kimi təqdim edən bir ölkə üçün belə bəyanatlar yolverilməzdir.

Xatırladaq ki, ABŞ ilə İran arasında aprelin 8-də atəşkəs elan olunub. Bu gün isə tərəflər Pakistanın paytaxtı İslamabadda danışıqlara başlayacaqlar.

Banu

Xavaca Məhəmməd Asif