Kamran Əliyev ona yüksək vəzifə verdi

Hərbi Prokurorluqda Kadr islahatları davam etdirilir.

May 30, 2025 - 17:50
Kamran Əliyev ona yüksək vəzifə verdi

SAVASHMEDİA.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Məmmədov Bəhruz Şükür oğlu tutduğu vəzifədən azad olunub.

O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.