"Karvan-Yevlax" üçün yeni avtobus alındı

Misli Premyer Liqasında mübarizə aparan "Karvan-Yevlax" üçün yeni avtobus alınıb.

Oct 18, 2025 - 13:06
"Karvan-Yevlax" üçün yeni avtobus alındı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun rəhbərliyi tərəfindən komanda üçün yeni avtobus alındığı bildirilib. Yeni nəqliyyat vasitəsi əsas komandanın ixtiyarına verilib. 

Qeyd edək ki, "Karvan-Yevlax" bu gün Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18:00-da başlayacaq.