Keçmiş nazir intihara cəhd etdi – Cənubi Koreyada
Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq Hyun istintaq təcridxanasında intihara cəhd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Yonhar” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, parlamentdə keçirilən dinləmələr zamanı bu barədə Seulun şərqində yerləşən istintaq təcridxanasının rəhbəri Şin Yonq-He məlumat verib.
Onun sözlərinə görə, sabiq nazirin səhhəti stabildir.
“Uğursuz cəhddən sonra Kim qoruyucu kameradadır və onun sağlamlıq vəziyyəti stabil olaraq qalır”, - deyə təcridxananın direktoru bildirib.
Xatırladaq ki, Cənubi Koreyanın keçmiş müdafiə naziri hərbi vəziyyətin elan edilməsinə dair aparılan təhqiqatla bağlı qiyam törətmək ittihamı ilə istintaq təcridxanasında saxlanılır.
Xatirə SADİQ