Kəramətin statusunu paylaşan YAP-çı deputat - "Telefon qardaşım oğlunda olub"
YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək, paylaşım edib.
Deputatın bu hərəkəti isə birmənalı qarşılanmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, deputat Aydın Hüseynov demokrat.az-a açıqlamasında məsələyə belə reaksiya verib:
"Telefonum qardaşım oğlunda olub, texniki səhvdir, rəsmi paylaşılan bir şey deyil. Burada gündəm olunası heçnə yoxdur".