Kərəm “Fənərbağça”ya imzanı atdı, yazdığı sözlər gündəm oldu - FOTO
“Fənərbağça” Kərəm Aktürkoğlunun transferini bitirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə klubun idarə heyətinin üzvü Hakan Safi məlumat verib.
Kərəmlə fotosunu paylaşan Hakan Safi yazıb:
“İmzanı atdı, formasını geyindi, İstanbula yola düşdük. Uşaq vaxtından xəyallarını qurduğun eşqinə xoş gəldin, Kərəm”.
H.Safinin paylaşımı gündəm olub.
Qeyd edək ki, “Fənərbağça” Kərəm Aktürkoğlu üçün “Benfika”ya 25 milyon avro ödəyəcək.
Banu