Kərəm paltardəyişmə otağında "Benfika"lı futbolçularla vidalaşıb - "Gedirəm..."
Kərəm Aktürkoğlu “Benfika” ilə vidalaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı Portuqaliya mətbuatı yayıb.
Məlumata görə, ötən gecə “Benfika”nın “Fənərbağça”nı 1-0 hesabı ilə məğlub etdiyi matçın ardınca Aktürkoğlu dopinq testindən keçib. Daha sonra paltardəyişmə otağında komanda yoldaşları ilə vidalaşıb. Onlara təşəkkür edərək, yoldaşlıqları üçün minnətdarlığını bildirib və Fənərbağçaya keçidin tez zamanda baş tutacağına inandığını bildirib.
Qeyd edək ki, “Fənərbağça” Kərəm üçün Portuqaliya təmsilçisinə 25 milyon avro ödəməyə razı olduğunu bildirib. Benfika isə yekun qərarını hələ açıqlamayıb.
Banu