Kərəm "Qalatasaray"a "ilk qolu"nu "İnstaqram"dan "vurdu" - Fatih Terim şokda + FOTO
"Benfika"dan "Fənərbağça"ya transferi rəsmiləşən Kərəm Aktürkoğlu "Qalatasaray" camiəsinin qəzəbinə tuş gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, buna Kərəm Aktürkoğlunun "Qalatasaray"la bağlı bütün fotolarını silməsi səbəb olub.
Kərəmin Fatih Terim ilə olan fotosunu "İnstagram" hesabından silməsi isə sarı-qırmızılı tərəfdarları daha da əsəbiləşdirib. Tərəfdarlar "Qalatasaray" futbolçularına Kərəmi izləmədən çıxarmaları üçün təzyiqə start veriblər.
"Qalatasaray" rəhbərliyi tərəfdarın bu tələbinə müsbət cavab verib və Kərəmi izləmədən çıxarıb. Kərəm Aktürkoğlu da öz növbəsində "Qalatasaray"ı izləməyi dayandırıb. Bu isə iki klub arasındakı gərginliyin daha da artmasına səbəb olub.
Oğuz
Kərəmin İnstaqramdan sildiyi foto