Kim Çen Inın bacısı ABŞ prezidentini lağa qoydu 

Şimali Koreya liderinin bacısı Kim Yo Conq ABŞ prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvə silahından məhrum etmək cəhdini lağa qoyub. 

Jul 29, 2025 - 13:59
Kim Çen Inın bacısı ABŞ prezidentini lağa qoydu 

SAVASHMEDİA. az xəbər verir ki, bu barədə “Reuters” KNDR-in dövlət agentliyinə istinadən məlumat yayıb. 

Kim yo Sonq öz bəyanatında ABŞ prezidentinin qardaşı ilə şəxsi təmasları vasitəsilə Şimali Koreyaya təsir etmək cəhdlərini kəskin şəkildə şərh edib.

“Kim və Tramp arasında şəxsi münasibətlər pis deyil. Lakin ABŞ bu münasibətdən bizim nüvə proqramımızı ləğv etmək üçün bir vasitə kimi istifadə etməyə ümid edirsə, bu, ancaq gülüş obyekti olacaq”, - deyə Kim Yo Sonq vurğulayıb. 

Şimali Koreya liderinin baçısı Vaşinqtonu əvvəlki “iflas siyasətindən” əl çəkməyə və “yeni reallığı tanımağa” çağırıb.

Onun sözlərinə görə, Kim və Trampın sonuncu danışıqlarından sonra nüvə dövləti kimi Şimali Koreyanın imkanları və geosiyasi mühit kökündən dəyişib.

Ağ Evin sözçüsü bu bəyanatlara cavab olaraq Trampın mövqeyini dəyişmədiyini və KXDR lideri ilə dialoqa açıq olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri Trampın ilk prezidentliyi dövründə üç dəfə görüşüblər. 2018-ci ildə Sinqapurda keçirilən birinci sammitdə Koreya yarımadasını nüvə silahından azad etmək niyyəti barədə bəyannamə imzalanıb. Lakin 2019-cu ildə Hanoyda keçirilən ikinci sammit Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların ləğvi ilə bağlı fikir ayrılıqlarına görə nəticəsiz qalıb.

Xatirə SADİQ