Kipr onları vətəndaşlıqdan məhrum etdi
Kipr hakimiyyəti iqtisadi investisiya proqramı çərçivəsində pasport almış 100-dən çox adamın vətəndaşlığını ləğv edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Kiprin “Politis” qəzetinin dərc etdiyi siyahıda 77 nəfərin adı var. Siyahıdakı yeddi nəfərin adı ilə “Forbes”in 2024-cü il milyarderlər siyahısına daxil edilmiş şəxslərin adları üst-üstə düşür. Bundan başqa, adları rus və ukraynalı milyarderlərin adları və qohumlarının adları ilə üst-üstə düşən şəxslər var.
Beləliklə, Oleq Deripaska (Rusal”ın sahibi), onun əmisi oğlu Pavel Yezubov, Mixail Qutseriyev (“Safmar” qrupunun təsisçisi), Aleksey Kuzmiçev (“Alfa-Qrup”un həmtəsisçisi), İqor Kesaev, Vadim Moşkoviç, Sergey Lomakin, Eduard Panteleyev, Yan Abramov, İqor Kolomoyski (“Privat” sənaye-maliyyə qrupunun qurucusu), Konstantin Qriqorişin, Aleksandr Jeleznyak, Yaroslav Alekseyev vətəndaşlığını itirib.
Siyahıya Gülbahor İsmayılova (milyarder Əlişir Usmanovun bacısının olduğu ehtimal edilir), Maya Bolotova (“Transneft” rəhbəri Nikolay Tokarevin qızı olduğu ehtimal edilir) daxil edilib.
Xatirə SADİQ