"Kişi dediyini edər" - Lavrovdan Rubioya sərt sözlər

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Ukrayna məsələsinə yanaşmasının dəyişdiyini iddia edib.

Jul 24, 2026 - 13:47
"Kişi dediyini edər" - Lavrovdan Rubioya sərt sözlər

SAVASHMEDİA.az xəbər verir ki, o, ABŞ dövlət katibi Marko Rubionun son açıqlamalarına münasibət bildirərək Rusiyanın mövqeyinin dəyişməz qaldığını bildirib.

Lavrov deyib:

“Bizim vicdanımız təmizdir. Necə deyərlər, kişi dediyini edər. Biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik. Amma digər tərəfdə yanaşma dəyişib”.

Nazir əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda müəyyənləşdirdiyi hədəflərdən geri çəkilmək niyyəti yoxdur və onlar istənilən şəraitdə həyata keçiriləcək.

Oğuz