Klintonlar Trampın andiçməsinə güldü, ziyafətə qatılmadılar - "Özünüz gördünüz"

Klintonlar ailəsi ABŞ prezidenti Donald Trampın andiçməsi ilə bağlı geniş danışmaqdan imtina ediblər.

Jan 20, 2025 - 19:02
Jan 20, 2025 - 19:27
Klintonlar Trampın andiçməsinə güldü, ziyafətə qatılmadılar - "Özünüz gördünüz"

SAVASHMEDİA.az xəbər verir ki, keçmiş prezident Bill Klinton və xanımı, ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton jurnalistlərin bununla bağlı suallarını gülümsəməklə cavablandırıblar.

“Düşünürəm ki,  özünüz təxmin edə bilərsiniz. Axı hər şeyi gördünüz”, - keçmiş ABŞ lideri Trampın çıxışına münasibəti barədə suala qısa cavab verib. Həmçinin həyat yoldaşı Hillari inauqurasiya ilə bağlı heç bir şərh vermədən gülümsəməklə kifayətlənib.

Bundan əlavə, cütlük vaxt azlığını əsas gətirərək andiçmə mərasimindən sonrakı şam yeməyinə qatılmayıblar.

Oğuz