"Kontakt Home" kredit borcu olmayan müştərisinə cərimə yazdı - ŞİKAYƏT
Əmrəddin Hümbətov adlı vətəndaş "Kontakt Home" mağazalar şəbəkəsinin "28 Mall" filialından kreditlə telefon əldə etdiyini və şirkətin xidmətindən narazı qaldığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, 6 aylıq öhdəliyini avqustun 8-də - vaxtından iki gün əvvəl tam yerinə yetirdiyini bildirib.
Şikayətçinin sözlərinə görə, bütün ödənişləri vaxtlı-vaxtında etməsinə baxmayaraq, "m10" tətbiqində hesabına əsassız cərimə hesablanıb.
Vətəndaş məsələ ilə bağlı şirkətin "WhatsApp" dəstək xəttinə bütün ödəniş qəbzlərini təqdim etsə də, müraciətinin araşdırılmadığını və cavabsız qaldığını vurğulayıb. Eyni zamanda, hesablanan əsassız cərimənin üzərinə hər gün əlavə faizlərin gəlindiyi qeyd olunub.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Aytən