Körpələrin zirzəmiyə salındığı bağça nəzarətə götürüldü - DİN-dən AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə Xırdalan şəhərindəki özəl uşaq bağçasında uşaqlara işgəncə verildiyini əks etdirən görüntülər yayılıb.

Jul 29, 2025 - 12:03
Jul 29, 2025 - 12:13
Körpələrin zirzəmiyə salındığı bağça nəzarətə götürüldü - DİN-dən AÇIQLAMA + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən bağçada cəzalandırılan körpələrin zirzəmiyə salındığı iddia olunur. 

Yayılmış görüntülərdə uşaqların ağlaşma səsləri aydın eşidilir.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov artıq məsələnin nəzarətə götürüldüyünü deyib.

O, faktla bağlı Abşeron Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıldığını təqdiqləyib.

Oğuz