Kremldən Uoltsun sözlərinə reaksiya
“Tramp vəzifəyə gəldikdən sonra ABŞ-nin ritorikasını dəyişməsi barədə danışmaq olar”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsun Rusiyanı Ukraynanın işğal olunmuş ərazilərindən sıxışdırıb çıxarılmasının qeyri-real olması barədə sözlərinə cavab olaraq bildirib.
“Biz bu müsahibələri çox diqqətlə izləyirik. Amma yenə də bunun ritorika dəyişikliyinə sübut olub-olmamasından yalnız bir həftə sonra, ya da artıq rəsmi təyinatlar baş tutandan sonra danışmaq mümkün olacaq. Çünki hələlik söhbət ABŞ-nin seçilmiş prezidentindən, onun mümkün komandasından gedir. Bunlar hələ öz vəzifələrinə təyin olunmamış insanlardır”, - deyə Peskov əlavə edib.
Onun sözlərinə görə, yaxın yeddi gün ərzində Co Bayden və komandası prosesi idarə edəcək, Kreml isə onların ritorikasında heç bir dəyişiklik müşahidə etmir.
Xatirə SADİQ