Azərbaycanlı vəkilə yeni cinayət işi açıldı – Moskvada 

Rusiyada yaşayan azərbaycanlıəsilli keçmiş vəkil Elman Paşayevə qarşı dələduzluq üzrə yeni cinayət işi açılıb.

Jan 13, 2025 - 15:30
Azərbaycanlı vəkilə yeni cinayət işi açıldı – Moskvada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Məlumata görə, Moskva Qarnizonu Məhkəməsində vəkilin barəsində həbs-qətimkan tədbirinin uzadılması barəsində məsələyə bağlı qapılar arxasında baxılıb. 

Yeni sinayət işində Zaxarova adlı şəxsin zərərçəkən olduğu bilinib. Zaxarova məhkəmə iclasında iştirak etməyib. Elman Paşayev ittihamdan xəbərdar olduğunu deyib. 

Keçmiş vəkilin müdafiəsi “TASS”a bildirib ki, o, heç bir epizod üzrə təqsirini etiraf etmir.

Xatırladaq ki, Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-vü maddəsi (xüsusilə böyük miqyasda fırıldaqçılıq) üzrə saxlanılıb. 

İstintaqın məlumatına görə, Paşayev blogerlər Aleksey və Yelena Blinovskini pul mükafatına görə cinayət məsuliyyətindən azad edəcəyinə vəd verib.

Xatirə SADİQ