Kremldən Vensə cavab 

Kremldə amerikalı vitse-prezident Cey Di Vensin ölkəsinin Ukraynaya “Tomaqavk” raketləri vermək imkanını nəzərdən keçirdiyi barədə bəyanatını eşidiblər. 

Sep 29, 2025 - 15:19
Kremldən Vensə cavab 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Biz həqiqətən də bu bəyanatları eşitmişik və biz onları diqqətlə təhlil edirik. Əlbəttə, hərbi mütəxəssislərimiz onları diqqətlə izləyir. Sual odur ki, raketləri kim buraxa bilər. Bunu ukraynalılar, yoxsa Amerika hərbçiləri edəcək? Hədəfi kim müəyyənləşdirəcək?” - deyə Peskov vurğulayıb. 

Vens sentyabrın 28-də bəyan edib ki, ABŞ Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin verilməsi imkanını müzakirə edir. Lakin qərar prezident Donald Trampın səlahiyyətindədir. 

“Bu məsələ üzrə yekun qərarı prezident qəbul edəcək. Mən söz haqqını prezidentə həvalə edirəm, amma bilirəm ki, biz bu məsələni hazırda müzakirə edirik”, - deyə Vens bildirib.

“The Wall Street Journal” (WSJ) yazmışdı ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Nyu Yorkdakı görüşü zamanı Trampdan “Tomaqavk” raketlərini (2500 km-ə qədər mənzilli) istəyib.
 
Xatirə SADİQ