Lavrov "Suriyanı kimlərin qarışdırdığını bilirik" dedi
"Suriyada baş verənləri sabitləşdirmək asan deyil, çünki bu, çoxlu oyunçuların iştirak etdiyi mürəkkəb oyundur".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.
Rusiya xarici işlər naziri ümid etdiyini bildirib ki, bu həftə üçün nəzərdə tutulan görüşlər vəziyyətin sabitləşməsinə kömək edəcək. O, Ərəb Respublikasının şimalındakı vəziyyəti şərh edib: "Bu mürəkkəb oyundur, bir çox aktyorlar bu oyunda iştirak edir".
Diplomat deyib ki, Rusiya tərəfinin Suriyada terrorçuları kimin dəstəklədiyi barədə müəyyən məlumatlar var.
“Xüsusən də amerikalılar, ingilislər və bəziləri. Bəziləri deyir ki, İsrail Qəzza zolağının bu qədər ciddi nəzarət altında olmaması üçün vəziyyəti gərginləşdirməkdə maraqlıdır”, - deyə nazir bildirib.
Lavrov bir müddət əvvəl türkiyəli həmkarı Hakan Fidanla Suriyadakı vəziyyəti və prosesləri müzakirə edib . O, vəziyyəti sabitləşdirmək üçün birgə hərəkətlərin əlaqələndirilməsinin vacibliyini qeyd edib.
Səlcuq