Lavrov Zelenskinin məktubuna görə qəzəblənib - "Silahlar danışacaq"

Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı açıq məktub Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəzəbləndirib.

Jun 8, 2026 - 21:50
Lavrov Zelenskinin məktubuna görə qəzəblənib - "Silahlar danışacaq"

SAVASHMEDİA.az xəbər verir ki, Zelenskinin məktubunu "yöndəmsiz" və "kobud" adlandıran Lavrov Kiyevlə birbaşa təmaslara lüzum görmədiyini deyib.

Rusiya XİN rəhbəri belə müraciətlərin ictimai şəkildə yayılmasını diplomatik qaydalara uyğun saymayıb:

"Moskva Zelenskinin məktubunu sülh təşəbbüsü kimi dəyərləndirmir. Bu, daha çox qarşı tərəfin siyasi mesajıdır.Ona görə də silahlar danışacaq".

Lavrov Ukraynadakı müharibənin taleyini danışıqların deyil, cəbhədəki vəziyyətin müəyyən edəcəyini əlavə edib.

Səlcuq